Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri gənclər və idman naziri ilə səfərdə olublar

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri gənclər və idman naziri ilə səfərdə olublar Üçüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Rəsul Həşimov, Bayram Orucov və Səkinə Vəliyeva mentorları olan gənclər və idman naziri Fərid Qayıbovla Siyəzən, Xaçmaz və Quba rayonlarında səfərdə olublar.
Səfər zamanı Rəsul Həşimov, Bayram Orucov və Səkinə Vəliyevanı üçüncü “Yüksəliş” müsabiqəsində qalib olmaları münasibətilə təbrik edən nazir Fərid Qayıbov onların idarəetmə sahəsində təcrübələri ilə maraqlanıb. Nazir müsabiqə qaliblərinin praktiki fəaliyyətə cəlb olunmaqla təcrübələrinin artırılmasına dəstək olacağını qeyd edib. Layihənin idarəçi rəhbərlərindən biri kimi Fərid Qayıbov birillik fərdi inkişaf planı əsasında təcrübəsini müsabiqə qalibləri ilə bölüşəcəyini və potensiallarını üzə çıxarmağa kömək göstərəcəyini qeyd edib. Bildirib ki, qaliblərin mentorluq proqramını yüksək səviyyədə həyata keçirmələri üçün Gənclər və İdman Nazirliyi tərəfindən lazımi şərait yaradılacaq.
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri isə mentorluq proqramı çərçivəsində gənclər və idman nazirinə yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.
Qeyd edək ki, gənclər və idman naziri Fərid Qayıbov Siyəzən şəhərində Siyəzən və Xızı rayonunda yaşayan vətəndaşları qəbul edib. Şabran şəhərində idman klubunun fəaliyyəti ilə tanış olub.
Nazir Fərid Qayıbov Quba şəhərində “İdman paytaxtı” layihəsinin açılış mərasimində iştirak edib. Günün sonunda isə üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri nazir Fərid Qayıbovun idman federasiyalarının nümayəndələri ilə ənənəvi görüşündə iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər