İkinci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri ilə qalibləri arasında görüşlərə start verilib. Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru Ruslan Əlixanov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Azər Əzimov və Hüseyn Mahmudovla görüşüb.
AİH-in Baş icraçı direktoru qalibləri təbrik edib və mentor olaraq 1 illik fərdi inkişaf planı əsasında onlarla sıx əməkdaşlıq edəcəyini, təcrübəsini bölüşəcəyini və qaliblərə potensiallarını üzə çıxarmasına dəstək olacağını bildirib.
Görüşdə Ruslan Əlixanov müsabiqə qaliblərini AİH barədə məlumatlandırıb, ilkin təkliflərin hazırlanması üçün onlara müvafiq tapşırıqlar təqdim edib. İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində səmimi qəbula görə təşəkkür edərək mentorluq proqramı çərçivəsində Ruslan Əlixanovun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Qaliblər idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il dekabrın 20-də Sərəncam imzalanıb.
Tehsil-press.az