“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.
Müsabiqə qalibləri ilə yaxından tanış olan Komitə sədri qalibləri əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, onlar üçün nəzərdə tutulan özünüinkişaf planı və Mentorluq proqramından söz açıb. Qaliblərin müsabiqə haqqında təklif və fikirlərini dinləyən Fərəh Əliyeva səslənən təklifləri gələcəkdə tətbiq edilməsi üçün qiymətləndirəcəyini vurğulayıb.
Fərəh Əliyeva qaliblərin təhsil və humanitar məsələlərlə bağlı suallarını cavablandırıb, gənclərin bu sahədə təşəbbüskarlıq göstərməsinin önəmini bildirib. Qaliblər isə öz növbəsində ölkənin inkişafı uğrunda əllərindən gələni etməyə hazır olduqlarını, sosial və ictimai fəaliyyətlərdə yaxından iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.
Xatırladaq ki, üçüncü müsabiqənin yekunlarına əsasən, “Yüksəliş” qalibi elan olunan 22 iştirakçı bir il müddətində idarəçi rəhbərlərin iştirakı ilə Mentorluq proqramından yararlanmaq və fərdi inkişaf planı əldə ediblər.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxiledilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Tehsil-press.az