Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev üçüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqə qalibi Azad Qəribovla görüşüb.
Fondun İdarə Heyətinin sədri Azad Qəribovu üçüncü “Yüksəliş” müsabiqəsində qaliblər sırasında yer alması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Qalibin mentorluq proqramından gözləntiləri barədə fikirlərini dinləyən Rəhman Hacıyev qeyd edib ki, bu proqram qaliblərin mövcud potensialının inkişafına, hədəf seçdikləri istiqamət üzrə bilik və bacarıqlarının artırılmasına xidmət etməlidir.
R.Hacıyev fərdi inkişaf planları əsasında müsabiqə qalibi ilə sıx əməkdaşlıq edəcəyini, mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün dəstəyini əsirgəməyəcəyini söyləyib. Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Azad Qəribov isə Rəhman Hacıyevə yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək proqram çərçivəsində onun şəxsi təcrübəsindən faydalanmaq istədiyini bildirib.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxiledilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Tehsil-press.az


Oxşar xəbərlər