Yeni elektron imtahan korpusu hazırda test rejimindədir. Fevral ayında korpusun açılışının keçirilməsi nəzərdə tutulur.
Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə söyləyib. O bildirib ki, yeni korpusda dövlət qulluğu üzrə imtahanların elektron şəkildə keçirilməsi nəzərdə tutulur.
“Korpusda 2-5 min arasında iştirakçı sayı olan imtahanlar keçiriləcək. Kağız daşıyıcılardan istifadə edilməyəcək. Sonra mərhələli şəkildə 10 minə qədər iştirakçısı olan imtahanlar orada keçiriləcək. Dövlət qulluğu ilə yanaşı, müxtəlif idarələrə işə qəbulla əlaqədar imtahanlar da orada keçiriləcək. Sonra magistratura, doktorantura imtahanları da orada keçirilə biləcək. Regionlarda da belə zalların quraşdırılması nəzərdə tutulur. Bu zallar Bakıdan elektron formada idarə olunacaq”, - deyə DİM sədri qeyd edib.
Tehsil-press.az