Valeri Zalujnı vəzifəsindən azad edilib?

Valeri Zalujnı vəzifəsindən azad edilib? Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı general Valeri Zalujnının vəzifəsindən azad edildiyi bildirilib.
Bu barədə Ukraynanın keçmiş deputatı Borislav Bereza məlumat verib:
“Prezident aparatındakı mənbələrim Zalujnının baş komandan vəzifəsindən azad edildiyini bildirdilər”.
Öz növbəsində yerli jurnalist Roman Tsimbalyuk Zalujnının yerinə Baş Kəşfiyyat İdarəsinin rəisi Budanovun təyin olunduğunu qeyd edib.
Hələlik məlumat tam təsdiqini tapmayıb.
***
Ukrayna Prezidenti Volodimir Zelenskinin mətbuat katibi Sergey Nikiforov Ukrayna qoşunlarının baş komandanı Valeri Zalujnının işdən çıxarılmasını təkzib edib.
“Qətiyyən. Prezident baş komandanı işdən azad etməyib”, - Nikiforov bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər