Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiqləyib

Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiqləyib Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının vilayət hərbi komissarlıqlarının bütün rəislərinin işdən azad olunmasını nəzərdə tutan qərarını təsdiqləyib.
“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının “Ukrayna Silahlı Qüvvələrinin vilayət komplektləşdirmə və sosial dəstək mərkəzlərinin yoxlanmasının nəticələri barədə” 2023-cü il 11 avqust tarixli qərarını tətbiq etmək”, - deyə sənəddə vurğulanır.
Xatırladaq ki, hələ avqustun 11-də Milli Təhlükəsizlik və Müdafiə Şurası Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnıya vilayət komplektləşdirmə və sosial dəstək mərkəzlərinin bütün rəislərinin işdən azad olunmasını tövsiyə etmək qərarına gəlmişdi.
Onların vəzifələrinə cəbhədə vuruşmuş və hazırda səhhətləri ilə bağlı döyüşmək iqtidarında olmayan hərbçilərin təyin edilməsi tapşırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər