ADNSU-nun elmi jurnalı zbMATH Open bazasında

ADNSU-nun elmi jurnalı zbMATH Open bazasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Ümumi və tətbiqi riyaziyyat kafedrasının jurnalı ("Baku Mathematical Journal") “zbMATH Open” bazasına indeksləşdirilməsi üçün qəbul olunub.
2022-ci ilin mart ayından nəşr olunan "Baku Mathematical Journal" qısa vaxtda elmmetrik bazalar tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, “zbMATH Open” bazası riyaziyyat sahəsi üzrə 4 ən nüfuzlu elmmetrik bazalardan biridir və riyazi tədqiqatların hərtərəfli əhatə dairəsini təmin edən açıq, sərbəst verilənlər bazasıdır. Bu baza məqalələr, icmallar və biblioqrafik məlumatlar daxil olmaqla tədqiqatçılar, alimlər və geniş riyazi bilik sahəsini öyrənmək istəyən hər kəs üçün dəyərli mənbə rolunu oynayır. “zbMATH Open” riyazi tədqiqatların dünyada yayılmasında ciddi rol oynayır.

Tehsil-press.az



Oxşar xəbərlər