Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində bakalavriat səviyyəsində 3 ixtisas - kompüter elmləri, informatika müəllimliyi və informasiya təhlükəsizliyi ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 2 kompüter laboratoriyası fəaliyyət göstərir. Laboratoriyalar müasir avadanlıqlarla təchiz olunub.
Fakültədə Riyazi fizika, İnformasiya texnologiyaları və proqramlaşdırma, Riyazi kibernetika, Optimallaşdırma və idarəetmə, Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi, İqtisadi kibernetika, Tətbiqi analizin riyazi üsulları, İnformatika kafedraları fəaliyyət göstərir.
Kompüter elmləri ixtisası üzrə məzunlar informasiya texnologiyaları (IT) mütəxəssisi, proqram təminatı analitiki, riyaziyyat müəllimi, proqramçı, tətbiq sistemləri inzibatçısı, riyaziyyat mühəndisi, kompüter modelinin tərtibçisi, verilənlər bazası dizayneri, riyazi modelləşdirmə mütəxəssisi və s. sahələr üzrə işləyə bilərlər.
İnformatika müəllimliyi ixtisası üzrə məzunlar ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər, gimnaziyalar) İnformatika fənni üzrə yüksək peşəkarlıqla tədris apara bilərlər.
İnformasiya təhlükəsizliyi ixtisasını bitirən məzunlar informasiya təhlükəsizliyi üzrə mütəxəssis, analitik, informasiya təhlükəsizliyi laboratoriyasının əməkdaşı, IT layihəsinin meneceri, verilənlər bazası və veb-sayt administratoru, sistem inzibatçısı, PHP proqramçısı və s. sahələr üzrə işləyə bilərlər.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.
Tehsil-press.az