Bakı Dövlət Universitetində (BDU) “Open Science Azərbaycan” layihəsi çərçivəsində Təhsil Nazirliyi və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) birgə dəstəyi ilə “Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında Open Science platformasının təbliği” mövzusunda seminar keçirilib.
Layihənin əsas məqsədi gənc tədqiqatçılara “Open Science”, “Open Access”, “Open Research Date”, “Open İnnovation”, “Open Research Computation”, “ResearchGate”, “Scientific Social Network” haqqında bilik və informasiyalar verməkdir. Eyni zamanda, “Open Access” jurnallarına çıxış imkanları, “ORCID” indeksli jurnallarda çap olunmaq üçün elmi məqalələrin hazırlanması metodologiyası haqqında məlumatlandırmaq, “Open Science”in gənc alimlər arasında geniş yayılmasına nail olmaqdır.
Tədbirdə BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktor müavini Zöhrab Ağamalıyev “Open Science Azərbaycan” layihəsi haqqında məlumat verib.
Təhsil nazirinin müşaviri Elnur Məmmədov çıxışında Azərbaycanın gənc alim, doktorant və magistrlərinin elmi araşdırma, tədqiqat və məlumatlarının beynəlxalq indeksdə yayımlanmasının vacibliyinə diqqət çəkib.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov ölkədə gənclər üçün yaradılan şəraitdən söz açıb. Bildirib ki, bu layihə də gənc alimlərin elminin, bilik imkanlarının daha da şaxələndirilməsinə, onların beynəlxalq əlaqələrinin inkişafına xidmət edir. Cəmiyyətin eksperti, fəlsəfə doktoru Sevinc Ədilova “Açıq tədqiqat materialları. İndekslər və data (verilənlər) bazalar” mövzusunda geniş təqdimatla çıxış edib. O, Azərbaycanda və Qafqazda elmi konfransların vahid bazada toplanılması üçün yaradılmış “AcademyGate” haqqında danışıb.
Sonda suallar cavablandırılıb. Universitetin 25 nəfər gənc tədqiqatçısı xüsusi sertifikatlarla təltif olunub.
Tehsil-press.az