Mədəniyyət və İncəsənət Universitetində “Open Science” platforması ilə bağlı seminar keçirilib

Mədəniyyət və İncəsənət Universitetində “Open Science” platforması ilə bağlı seminar keçirilib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında Open Science platformasının təbliği” layihəsi çərçivəsində seminar keçirilib. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi seminarda nazirliyin nümayəndələri, ADMİU-nun rəhbərliyi, magistr və doktorantları iştirak ediblər.
Seminarda ADMİU-nun prorektoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Sədaqət Əliyeva universitetin gənclərlə iş istiqamətində fəaliyyətindən danışıb, bu cür tədbirlərin önəmini vurğulayıb.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Open Science” platforması haqqında məlumat verib. Bildirib ki, “Open Science” platforması elmi-tədqiqatların tamamilə şəffaf bir şəkildə aparılması praktikasını təşviq edir və elmi araşdırmaların nəticələrini hamıya çatdırır. Platformanın məqsədi elmi-tədqiqatları, məlumatları və onların yayılmasını cəmiyyətin bütün maraqlı tərəfləri üçün əlçatan olmasını təmin etməkdir.
Ekspert Sevinc Əliyeva “Open Science” platforması ilə bağlı təqdimatla çıxış edib. O, sözügedən platformanın konsepsiyaları, prinsipləri haqqında danışıb, “Open Science” praktikasını seminar iştirakçılarına daha yaxından tanıdıb.
Sonda təlimdə iştirak edən magistr və doktorantlara sertifikat verilib.

Tehsil-press.az


Oxşar xəbərlər