ADPU-da Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə bağlı sərgi təşkil olunub

ADPU-da Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə bağlı sərgi təşkil olunub Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi ilə bağlı kitab sərgisi təşkil olunub.
Sərgidə Azərbaycan Xalq Cümhuriyyəti və Məhəmməd Əmin Rəsulzadənin ədəbi-publisistik və ictimai-siyasi irsi ilə bağlı kitabxananın fondunda saxlanılan əsərlər nümayiş olunur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il dekabrın 30-da Sərəncam imzalayıb.

Tehsil-press.az




Oxşar xəbərlər