“Məhəmməd Əmin Rəsulzadə - 135” adlı kitab sərgisi açılıb

“Məhəmməd Əmin Rəsulzadə - 135” adlı kitab sərgisi açılıb Milli Kitabxanada ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən, Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi münasibətilə “Məhəmməd Əmin Rəsulzadə - 135” adlı kitab sərgisi nümayiş olunub. Sərgidə görkəmli şəxsiyyətin Azərbaycandilində və xarici dillərdə nəşr olunmuş əsərləri, haqqında yazılmış kitablar maraqla qarşılanıb. Həmçinin Əməkdar incəsənət xadimi, şair Əli Qulu oğlu Cavadzadənin ( Əli Tudə) anadan olmasının 95 illiyi münasibətilə “Əli Tudə-95” adlı kitab sərgisi də açılıb. Sərgidə şairin müəllifi olduğu Azərbaycan və digər dillərdə nəşr olunmuş əsərləri nümayiş olunur.

Sifai SƏFƏROVA

Oxşar xəbərlər