İsveçdə 42 yaşlı Per Sundström ona hücum edən ayını öldürüb və ailəsi ilə birlikdə altı aydır onun əti ilə qidalanırlar.
Heyvan 2023-cü ilin avqustunda İsveçin Yusdal şəhəri yaxınlığında ona hücum edib. Vəhşi heyvan onun üzünə xəsarət yetirib, kişi artıq həyatla vidalaşmağa hazırlaşarkən 14 yaşlı oğlu Evert onun köməyinə çatıb.
İsveç sakini və yeniyetmə oğlu ayının öhdəsindən gələ biliblər və Per vəhşi heyvana ölümcül zərbə endirib. Daha sonra onlar heyvanı parçalayıb, ətini isə dondurublar.
“Biz onun ətindən tako üçün içlik hazırlayırıq. Ət tünd, kobud liflidir və onu bişirmək üçün çoxlu ədviyyat tələb olunur. Üzümdən dişləyən ayının əti ilə tako doldurmaq, mənim üçün ən yüksək intiqam idi”, - deyə ailə başçısı jurnalistlərlə söhbəti zamanı bildirib.
Per Sundström hələ də üzündəki ciddi zədədən əziyyət çəkir, belə ki, mübarizə zamanı heyvan onun burnuna və yanağına ciddi xəsarət yetirib. Bu səbəbdən Per bir neçə əməliyyat keçirib.
Tehsil-press.az