Timsah 10 yaşlı qızın əlini qopardı

Timsah 10 yaşlı qızın əlini qopardı İranın Sistan və Bəlucistan əyalətində bataqlıq timsahı uşağa hücum edib.
Hadisə 10 yaşlı Həvva Rəisinin çayda paltar yuduğu vaxt yaşanıb. Uşağa hücum edən timsah onun sağ əlini dişləyib.
Qızın köməyinə bacıları yetişib. Onlar timsahı daşlayıb və Həvvanı onun əlindən qurtarmağı bacarıb. Buna baxmayaraq, uşaq aldığı yaralardan əlini itirib.
Hadisə şahidlərinin sözlərinə görə, heyvanın uzunluğu 6 metrə yaxın idi.

Tehsil-press.az

Oxşar xəbərlər