“Kiyevə silah tədarükündə heç vaxt iştirak etməyəcəyik”

“Kiyevə silah tədarükündə heç vaxt iştirak etməyəcəyik” “Budapeşt Kiyevə silah tədarükündə heç vaxt iştirak etməyəcək”.
Bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto “RİA Novosti”yə bildirib.
Nazir bildirib ki, Ukraynaya 50 milyard avro ayrılması haqda Aİ ilə danışıqlar zamanı Macarıstanın bir neçə ilkin şərtləri olub. İlk növbədə, bu pul silah tədarükünnə xərclənməməlidir: “Çünki bizim bu barədə çox aydın mövqeyimiz var: Macarıstan Ukraynaya silah tədarükünə yönəlmiş heç bir fəaliyyətdə iştirak etməyib və etməyəcək də”.

Tehsil-press.az


Oxşar xəbərlər