Qazaxıstanın paytaxtı Astana şəhərində 8 cildlik “Türk Humanitar Elmlər Ensiklopediyası”nın təqdimat mərasimi keçirilib.
Sözügedən nəşr Türk dünyası ölkələrinin (Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, habelə Rusiya Federasiyasından Tatarıstan, Başqırdıstan, Altay, Xakasiya, Tuva və Saxa Respublikası), həmçinin Çinin Sincan-Uyğur Muxtar Vilayətinin dili, ədəbiyyatı, tarixi, incəsənəti, coğrafiyası, folkloru və dini kimi sahələri əhatə edir.
Təqdimat mərasimində çıxış edən Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Aşat Kəsikbayev təmsil etdiyi qurumun həyata keçirdiyi layihələr haqqında məlumat verib.
Sonra çıxış edən Lev Qumilyov Milli Universitetinin prorektoru Serik Makış türk və Koreya dillərinin dil əlaqələrinin tədqiqi ilə bağlı fikirlərini bölüşüb.
Cənubi Koreyanın Dongduk Qadın Universitetinin Avrasiya Türk Dövlətləri İnstitutunun direktoru professor Eukyung Oh isə çıxışında “Türk Humanitar Elmlər Ensiklopediyası”nın nəşr tarixindən danışıb, Koreyada türkologiya araşdırmaları məsələsinə toxunub.
Tədbirdə çıxış edən türkoloqlar Koreya və türk dilləri arasındakı oxşarlıqlara linqvistik baxımdan yanaşaraq qədim türklərin Koreya ilə əlaqələrindən bəhs ediblər. Bildirilib ki, “Türk Humanitar Elmlər Ensiklopediyası” 2018-2023-cü illərdə Koreya Milli Araşdırmalar Fondunun maliyyə dəstəyilə icra edilən fundamental tədqiqat layihəsi çərçivəsində hazırlanıb. Layihə professor Eukyung Ohun rəhbərliyi ilə həyata keçirilib. Koreya dilində hazırlanan 8 cildlik nəşr 4500 səhifədən ibarətdir və iki mindən çox anlayışın ətraflı təsvirini təqdim edir.
Tehsil-press.az