Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Rusiya Federasiyası Tatarıstan Respublikası Elmlər Akademiyasının prezidenti akademik Rifkat Minnixanov ilə görüşüb.
Onlayn görüşdə iki qurum arasında humanitar sahədə əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər birgə elmi layihə və tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə Türk Dünyası Milli Akademiyalar Birliyi (TDUBAB) tərəfindən 2024-cü ilin may ayında Kazanda keçiriləcək Baş Assambleya toplantısının təşkili məsələsi də müzakirə olunub.
Rifkat Minnixanov görüşün təklifinin Beynəlxalq Türk Akademiyası tərəfindən qəbul edilməsinə görə minnətdarlığını bildirib və elmi əməkdaşlığın daha da genişləndirilməsinin tərəfdarı olduğunu bildirib.
Akademik Şahin Mustafayev Rifkat Minnixanovu Tatarıstan Respublikası Elmlər Akademiyasının prezidenti seçilməsi münasibətilə təbrik edib. O, rəhbərlik etdiyi akademiyanın fəaliyyəti haqqında ətraflı məlumat verib, Türk dünyasının elmi əlaqələrinin artırılmasında Tatarıstan Respublikası Elmlər Akademiyasının böyük potensialı olduğunu vurğulayıb.
Görüşün sonunda tərəflər TDUBAB işçi qrupunun ilkin iclasının gələn il Kazanda keçirilməsi barədə razılığa gəliblər.
Tehsil-press.az