Dünyanın ən sərfəli valyutasının adı açıqlandı

Dünyanın ən sərfəli valyutasının adı açıqlandı Tehsil-press.az xəbər verir ki, Bloomberg agentliyinin ekspertləri 2016-cı ildə dünyanın ən sərfəli valyutasını müəyyən ediblər. Onların fikrincə, bu Zambiya kvaçasıdır.

Agentliyin ekspertləri dünyanın 150 valyutasının artım templərini müqayisə ediblər. Bu ilin əvvəlindən Zambiya kvaçası ABŞ dollarına nisbətən 19,9% bahalaşıb. Müqayisə üçün deyək ki, həmin dövrdə qızıl cəmi 16,3% bahalaşıb.
Zambiya — mis istehsalının həcminə görə Afrikada ikinci yeri tutur. Bu ilin əvvəlindən misin qiyməti xeyli bahalaşıb. Qeyd etmək yerinə düşər ki, həmin Zambiya kvaçası ötən il 42% ucuzlaşmışdı və ekspertlərin qənaətinə görə, indi sadəcə olaraq, itirilmiş mövqelərini qaytarır.

tehsil-press.az

Oxşar xəbərlər