ADA Universitetində İtaliya-Azərbaycan Universiteti çərçivəsində yeni təqdim edilən Dizayn və memarlıq fakültəsinin bakalavr ixtisasları barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə “Açıq qapı” günü keçirilib.
“Memarlıq” və “İnteryer dizayn” bakalavr ixtisaslarının tədris ediləcəyi fakültə Milan Politexnik Universiteti ilə birgə təqdim olunur. Milan Politexnik Universitetinin Dizayn və memarlıq fakültəsinin professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə 10 və 11-ci sinifdə təhsil alan şagirdlər və onların valideynlərinin maraqlandığı məqamlara aydınlıq gətirilib.
Milan Politexnik Universitetinin rektor müşaviri, Dizayn və memarlıq fakültəsinin professoru Silvia Ferraris qeyd edib ki, Milan Politexnik Universitetinin bu layihədəki rolu ADA Universitetinin innovativ təhsilə, beynəlxalq əməkdaşlığa və ölkənin milli kadr potensialının inkişafına verdiyi önəmi bir daha vurğulayır.
Universitetin professorları Nora Lombardini və Marko Bovati qeyd edib ki, bu fakültə vasitəsilə Milan Politexnik Universiteti tələbələri real iş mühitinə hazırlayan praktiki, layihə mərkəzli öyrənməni vurğulayaraq, tədrisə özünün məşhur “Politexnik” yanaşmasını gətirəcək.
Daha sonra ADA Universitetinin Qəbul şöbəsinin əməkdaşı Elşad Göyüşov bakalavr proqramları, tələbə həyatı, təhsil haqqına güzəştlər, bu ixtisaslar üçün tətbiq olunacaq fərqli qəbul qaydaları və gələcək iş imkanları barədə məlumat verib. O bildirib ki, bu ixtisaslara qəbul DİM və SAT imtahanları vasitəsilə həyata keçiriləcək və qabiliyyət imtahanı tələb olunmayacaq.
Qeyd edək ki, sözügedən ixtisaslar üzrə dərslər Bakı və Şəki kampuslarında tədris ediləcək, bu yolla tarixi təcrübə müasir akademik tədris metodları ilə gənc nəslə ötürüləcək.
Xatırladaq ki, İtaliya memarlığının konservasiyası və modernləşdirilməsi sahəsində geniş təcrübəsindən bəhrələnən və ADA Universitetinin tarixi binaları bərpa etmək və onları təhsil institutuna çevirmək missiyasını özündə birləşdirən Dizayn və memarlıq fakültəsi təhsil sahəsində “miras dirçəlişi”ni və beynəlxalq əməkdaşlığı özündə əks etdirir.
Tehsil-press.az