UNEC-də akademik etika ilə bağlı yeni qərar qəbul edilib

UNEC-də akademik etika ilə bağlı yeni qərar qəbul edilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) akademik etikanın təmin edilməsi məqsədilə müzakirələr keçirilib.
Müzakirələr zamanı bu universitetdə tətbiq edilən antiplagiat proqramının digər antiplagiat proqramları ilə səmərəlilik baxımından müqayisəsi aparılıb. Proqramların müsbət və mənfi tərəfləri təhlil olunduqdan sonra UNEC-dəki antiplagiat sisteminin təkmilləşdirilməsinə, dünyanın aparıcı universitetlərinin də üstünlük verdiyi proqramın tətbiqinə qərar verilib.
Həmçinin plagiat hallarının qarşısının alınması, akademik dürüstlük prinsiplərinə əməl olunması məqsədilə tələbələrin və doktorantların UNEC-in təsdiqlədiyi “Təhsilalanların Etik Davranış Kodeksi” barədə maarifləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Tehsil-press.az



Oxşar xəbərlər