Azərbaycan Universitetində antiplagiat proqramının təqdimatı olub

Azərbaycan Universitetində antiplagiat proqramının təqdimatı olub Azərbaycan Universitetinin kollektivi üçün “Plagiat.pl” şirkətinin məhsulu olan “strikeplagiarism” antiplagiat sisteminin təqdimatı keçirilib.
Təqdimatı şirkətin əməkdaşı Aygün Məmmədli edib.
Tədbirdə ali məktəbin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov bildirib ki, elektronlaşma və internetdən istifadənin artması ilə intellektual mülkiyyət hüquqlarının və müəllif hüquqlarının qorunması məsələləri daha da aktuallaşıb. Prorektor məsələnin mənəvi və etik aspektləri, o cümlədən plagiatçılıqla mübarizə yolları haqqında məlumat verib.
Sonra “Plagiat.pl” şirkətinin fəaliyyəti və proqramın işləmə mexanizmi haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, şirkət 2002-ci ildə Polşada yaranıb. Azərbaycanda 2015-ci ildə filial kimi fəaliyyətə başlayıb və ölkədə 15 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. İnternet üzərindən işləyən sistem müxtəlif mətnlərdən köçürmələri və onların əsas mətnlə oxşarlıq dərəcəsini aşkarlamağa imkan yaradır.
Sonda iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

Mətbuat Xidməti

Oxşar xəbərlər