18 aprel “Beynəlxalq abidələr və tarixi yerlər” günü qeyd olunacaq

18 aprel “Beynəlxalq abidələr və tarixi yerlər” günü qeyd olunacaq 1983-cü ildən etibarən 18 aprel tarixi “Beynəlxalq abidələr və tarixi yerlər” günü kimi qeyd olunur. YUNESKO-nun təşəbbüsü ilə keçirilən bu gün, hər il Azərbaycanda da geniş şəkildə qeyd olunur.

Tehsil-press.az-a daxil olan məlumata görə, bu günün əsas məqsədi cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunu təbliğ etmək və irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir. 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilmişdir.
Azərbaycan müxtəlif xalqların və konfessiyaların nümayəndələrinin əmin-amanlıq və qarşılıqlı əməkdaşlıq şəraitində yaşadıqları unikal ölkədir. Möhkəm dayaqlara, zəngin ənənəyə, dərin tarixə və mənəvi köklərə malik olan tolerantlığı Azərbaycan xalqının və dövlətinin milli-mənəvi dəyəri hesab etmək olar.
Məhz bu baxımdan, 18 aprel tarixində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü çərçivəsində ölkəmizdə “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunda yaşayan milli azlıqlara məxsus festival keciriləcək. Festivalda ölkəmizin regionlarında yaşayan azlıqların folklor nümunələri, kulinariya və əl işləri nümayiş ediləcək.

tehsil-press.az

Oxşar xəbərlər