Amsterdamda 800 minə yaxın lalə əkilib

Amsterdamda 800 minə yaxın lalə əkilib Niderlandın paytaxtı Amsterdamda ikinci dəfə keçirilən illik festival çərçivəsində 800 minə yaxın lalə əkilib. Trend xəbər verir ki, Amsterdam sakinləri və qonaqları gülləri festivalın sonuna kimi - aprel ayı ərzində seyr edə biləcəklər.

Amsterdam bələdiyyəsindən bildiriblər ki, bu şəhər çoxları üçün lalə gülləri ilə assosiasiya olunur, amma son illər ərzində paytaxtda çox az miqdarda lalə əkilib. Məhz bu "səhv"i aradan qaldırmaq üçün paytaxt Amsterdamda ikinci dəfə lalə festivalı keçirmək qərara alınıb. 800 min gül şəhərin tarixi mərkəzində əkilib. Lalələrin sayı isə Amsterdam əhalisinin sayına bərabərdir.
Bundan başqa, paytaxt sakinləri və qonaqları lalələrə martın 24-dən mayın 16-dək Koykenhof kral bağında keçirilən festivalda tamaşa edə bilərlər. Qeyd edək ki, Koykenhofda isə 7 milyondan çox lalə əkilib.

tehsil-press.az