Böyük Britaniya rusiyalı siyasətçi Aleksey Navalnının saxlanıldığı və dünyasını dəyişdiyi cəzaçəkmə müəssisəsinin rəhbərliyinə daxil olan 6 nəfərə sanksiya tətbiq edib.
Bu barədə məlumat Böyük Britaniya hökumətinin saytında yerləşdirilib.
Məlumata görə, cəzaçəkmə müəssisəsinin rəhbəri Vadim Kalinin və onun müavinləri Sergey Korjov, Vladimir Pilipçik, Vasiliy Vıdrin, Aleksandr Obrozçov və Aleksandr Qolyakov sanksiya siyahısına daxil edilib. Bildirilir ki, məhdudiyyətlərə ölkəyə giriş və aşkar olunduğu halda aktivlərin dondurulması daxildir.
Xatırladaq ki, A.Navalnı fevralın 16-sı Yamalo-Nenets Muxtar Dairəsində yerləşən “Polyarnıy volk” xüsusi rejimli cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.
Tehsil-press.az