Bakı Mühəndislik Universitetində (BMU) ali təhsil müəssisəsinin növbəti dövr üçün Strateji İnkişaf Proqramının (SİP) hazırlanması, bu istiqamətdə əsas hədəflərin müəyyənləşdirilməsi ilə bağlı iclas keçirilib.
SİP üzrə komissiya üzvlərinin iştirak etdiyi iclasda rektor Yaqub Piriyev SİP-in əhəmiyyəti, universitetin inkişaf məqsədlərinin, qarşıya qoyulan hədəflərin düzgün seçilməsi məsələlərinə diqqət çəkib. Rektor növbəti dövr üçün SİP-in hazırlanması zamanı ali təhsil müəssisənin missiya və gələcəyə baxışının mühüm olduğunu vurğulayıb, konkret istiqamətlər üzrə tapşırıq və tövsiyələrini verib.
Sonra SİP üzrə hesabat xarakterli çıxışlar dinlənilib. Eyni zamanda, səsləndirilən müxtəlif rəy və təkliflər ətrafında geniş müzakirələr aparılıb.
İclasda SİP üzrə qısa, orta və uzunmüddətli hədəflərin təyin edilməsi ilə bağlı işçi qrupun yaradılması, həmçinin fəaliyyət planının tərtibi qərara alınıb.
Tehsil-press.az