Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi ilə bağlı tədbirlər planının icra vəziyyəti müzakirə olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi ilə bağlı tədbirlər planının icra vəziyyəti müzakirə olunub Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə dair tədbirlər planının icra vəziyyətini müzakirə etmək məqsədilə rektor, professor Cəfər Cəfərovun rəhbərliyi ilə iclas keçirilib.
İclasda sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, Tədris departamentinin müdiri, dosent Sənan Əliyev və sosial və humanitar məsələlər üzrə prorektorluğun əməkdaşı Cavid Hüseynov iştirak ediblər.
Toplantıda tədbirlər planı təsdiq olunandan keçən dövr ərzində görülən işlər və planın icra vəziyyətinin qarşıya qoyulan hədəflərə uyğunluğu dəyərləndirilib. 100 illiklə bağlı görüləcək işlərin icrası üçün yaradılan işçi qrupların tərkibi bir daha müzakirə edilib, lazımi düzəliş və əlavələrlə bağlı göstərişlər verilib.
Sonda növbəti iclasa qədərki hesabat müddəti üçün müvafiq hədəflər təsdiq edilib.

Tehsil-press.az

Oxşar xəbərlər