ABŞ 9 nəfər Quantanamo məhbusunu azad etdi

ABŞ 9 nəfər Quantanamo məhbusunu azad etdi ABŞ doqquz nəfər Quantanamo məhbusunu Səudiyyə Ərəbistanına göndərib. Tehsil-press.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun məlumatında bildirilir. Məlumata görə, məhbusların hamısı Yəmən vətəndaşıdır. Onların artıq ABŞ üçün təhlükə yaratmadığı bildirilir. ABŞ-ın yaxın zamanda Liviya vətəndaşları olan daha 2 Quantanamo məhbusunu Seneqala göndərmək niyyətində olduğu qeyd olunur.

tehsil-press.az