BDU-nun şəhid məzunu Namiq Cavadovun ailəsi ziyarət edilib

BDU-nun şəhid məzunu Namiq Cavadovun ailəsi ziyarət edilib Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin bir qrup əməkdaşı fakültənin şəhid məzunu Namiq Cavadovun ailəsini ziyarət edib.

Fakültə dekanı Məqsəd Qocamanov, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Qoşqar Məmmədov, kafedra müdüri İradə Əliyeva və dosent Şəkər Məmmədovanın iştirak etdiyi ziyarətdə Namiq Cavadovun təhsil illəri, Xocalı soyqırımı yada salınıb. Şəhidin anası Svetlana Cavadova bildirib ki, oğlu hər zaman Qarabağı azad görmək arzusu ilə yaşayıb və bu məqsəd uğrunda mübarizə aparıb. Vətən müharibəsi başlayanda Namiq Cavadov tərəddüd etmədən cəbhəyə yollanıb.

Namiq Cavadov Xocalı rayonunun Cəmilli kəndində anadan olub. O, 1997-ci ildə BDU-nun Coğrafiya fakültəsindən “Hidrometeorologiya” ixtisası üzrə məzun olub. Birinci Qarabağ müharibəsi zamanı Namiq Cavadov könüllü olaraq cəbhəyə yollanıb, Vətən müharibəsi başladıqdan sonra isə ehtiyatda olan zabit kimi yenidən döyüşlərə qatılıb.

Namiq Cavadov Vətən uğrunda qəhrəmancasına döyüşərək Laçın rayonunda şəhidlik zirvəsinə ucalıb.

Tehsil-press.az

Oxşar xəbərlər