Daha 30 min müəllim sertifikasiyadan keçiriləcək

Daha 30 min müəllim sertifikasiyadan keçiriləcək Bu il əlavə olaraq 25-30 min təhsilverən üçün sertifikatlaşdırılma prosesi həyata keçiriləcək.

Bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, prosesə riyaziyyat, Azərbaycan dili (rus bölməsi) və xarici dil fənlərini tədris edən müəllimlər cəlb ediləcək.

Emin Əmrullayev əlavə edib ki, bu günədək ölkə üzrə 140 min təhsilverənin 40 min nəfəri sertifikatlaşdırılma prosesinə cəlb olunub. Sertifikatlaşdırılma nəticələrinə əsasən, 24 min təhsilverənin əmək haqqına 10 faiz, 8 min təhsilverənin əmək haqqına isə 35 faiz əlavə edilib.

2026-cı ilə qədər sertifikatlaşdırılma çərçivəsində müəllimlərin maaşlarına əlavələr üçün büdcədə ümumilikdə 500 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər