“Ümumitəhsil müəssisələrində qızılca xəstəliyinin yayılması ilə bağlı məktəblərin bağlanması gündəmdə deyil”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, peyvəndləndirmə ilə bağlı statistika sabitdirsə, təhsil müəssisəsini açıb-bağlamaq heç nəyi dəyişməyəcək:
“Məktəblərdə qızılca xəstəliyinə yoluxma kütləvi xarakter daşımır. Təhsil ocaqlarında müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib”.
“Valideynlərə hər zaman məsləhət görülür ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək digər uşaqlarla yaxın təmasda olmasınlar. Övladlarınızın peyvənd olunmasını tövsiyə edirik”, - deyə nazir əlavə edib.
Tehsil-press.az