“Növbəti tədris ilində 220 min uşaqməktəbəqədər tədrisə cəlb olunacaq”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, 2026-cı ilə qədər 17 min pedaqoji heyətin təlimlərə cəlb olunması və sertifikatlaşdırılması gözlənilir.
Nazir həmçinin qeyd edib ki, bu il ilk dəfə məktəbəqədər təhsil müəssisələrində vakant direktor yerlərinə qəbul müsabiqə yolu ilə aparılıb:
“İl ərzində 50 bağça direktoru işdən azad olunub”.
E.Əmrullayev əlavə edib ki, bağçalarda monitorinqlər mütəmadi davam edəcək.
Nazirin sözlərinə görə, bağçalarda nə qədər müəllimin hansı ixtisas və diplomla fəaliyyət göstərməsi məlumdur: “Çünki işçilər barədə məlumat bazası əlimizdə var. Böyük şəhərlərdə yer çatışmazlığı ilə bağlı problemlər hələ də qalır”.
Tehsil-press.az