Yasamal rayonunda sakinlər üçün mart ayı üzrə səyyar qəbul keçirilib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 13 nömrəli tam orta məktəbin akt zalında baş tutdu.
Tədbirdə, həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, bələdiyyə, MKTB və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı danışmağı xahiş edib.
Yasamal rayonunun sakinləri məşğulluq, mənzil məişət şəraitinin yaxşılaşdırılması, sosial yardım, yataqxanada yerləşdirilmək və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırıblar.
Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verib. İcra başçısı həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verib. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.
Görüşün sonunda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 7 fevral Azərbaycan Prezidenti seçkilərində yüksək fəallığa görə Yasamal sakinlərinə dərin minnətdarlığını ifadə edib.
Tədbirdən dərhal sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərlə birlikdə ətraf ərazilərə baş çəkib, onların qayğı və problemləri, həmçinin mənzil şəraiti ilə bilavasitə tanış olub. İcra başçısı sakinlərin müraciətlərinin həlli üçün məsul şəxslərə bir sıra tapşırıqlar verib.
Tehsil-press.az