Nazir Cocuq Mərcanlıda vətəndaşlarla görüşdü

Nazir Cocuq Mərcanlıda vətəndaşlarla görüşdü Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü martın 11-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd klubunda keçirilib.
Qəbuldan öncə mədəniyyət naziri Əbülfəs Qarayev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 2016-cı il Aprel döyüşləri şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Abidənin önünə çiçək dəstələri düzülüb.
Sonra nazir Cocuq Mərcanlı məscidini ziyarət edib, “Qayıdış” parkında yaradılan şəraitlə tanış olub. Əbülfəs Qarayev həmçinin kənd klubunda yerləşən Cocuq Mərcanlı kənd kitabxanasının fəaliyyəti ilə də tanış olaraq, tapşırıq və tövsiyələrini verib.
Qəbulda müraciətlərin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Tehsil-press.az



Oxşar xəbərlər