“Ötən əsrin ortalarından etibarən Bakı şəhərində, ətraf qəsəbə və kəndlərdə, o cümlədən keçmiş birgə təsərrüfatlara (sovxozlara) məxsus ərazilərdə müxtəlif şəxslər tərəfindən zəbt edilmiş torpaq sahələrində qanunsuz tikilmiş, habelə bələdiyyələr tərəfindən fərdi tikinti üçün verilmiş torpaq sahələrində inşa olunmuş evlərin dövlət qeydiyyatına alınması problemi də öz həllini tapmalıdır”.
Bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin iclasındakı məruzəsini təqdim edərkən bildirib.
S.Əliyeva əlavə edib ki, qeydiyyat probleminin həlli məqsədilə yaşayış yeri olmayan vətəndaşların Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsindən sonra yaranan riskli hallar nəzərə alınaraq, Nazirlər Kabinetinin müvafiq sərəncamına dəyişikliklər edilməsi də olduqca vacibdir:
“Doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi ala bilməyən və ya şəxsiyyət vəsiqəsi olmadığı üçün təkrar doğum haqqında şəhadətnamə ala bilməyən yetkinlik yaşına çatmış vətəndaşların bu sahədə hüquqlarının təmini məqsədilə müvafiq qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi zəruridir. Şəxsin ölkədən çıxışına qoyulmuş məhdudiyyət barədə onun məlumatlandırılmaması, bununla bağlı məlumatın yalnız şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun dəyişdirilməsi yaxud da sərhədi keçərkən bildirilməsi digər hüquqların da məhdudlaşdırılmasına səbəb olur. Odur ki, ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatların “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edildiyi andan həmin vətəndaşlara bildirişin göndərilməsinin məcburiliyi ilə bağlı müddəaların qanunvericiliyə daxil edilməsi də məqsədəmüvafiqdir. İnformasiya sahibinin tələb edilən məlumatı internet informasiya ehtiyatlarında açıqlamaması, informasiya sorğularına qanunvericiliklə müəyyən olunmuş müddətdə baxmaması, natamam məlumat verməsi və ya cavablandırılmasından əsassız imtina etməsi barədə şikayətlərlə bağlı səlahiyyətli qurumlara sorğular göndərilib, müraciətlər təmin olunub. Hüquq və azadlıqların məhkəmə təminatı hüququnun daha etibarlı müdafiəsi məqsədilə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyi ilə yaradılmış səmərəli əməkdaşlıq əlaqələri şikayətlərin araşdırılmasında, mövcud problemlərin müəyyən edilməsində və operativ həllində əhəmiyyətli olub”.
Səbinə Əliyeva qeyd edib ki, iddia ərizələrinin qəbul edilməməsi, vəsatətlərə baxılmaması, məhkəmə baxışı zamanı prosessual hüquq normalarının pozulması, bəzi hallarda işə baxılması müddətlərinin süni şəkildə uzadılması, məhkəmə qərarının surətinin işdə iştirak edən şəxslərə vaxtında göndərilməməsi, məhkəmə qərarlarının icraya yönəldilməməsi və ya icra olunmaması kimi şikayətlər üzrə də araşdırmalar aparılmış, pozulmuş hüquqların bərpası üzrə tədbirlər görülüb:
“Bununla belə, məhkəmə qərarlarının icrası sahəsində çevikliyin və effektivliyin artırılması məqsədilə icra qurumları ilə aidiyyəti dövlət orqanları arasında koordinasiyanın təşkilinə, eləcə də məhkəmə qərarlarının icrasına inzibati və məhkəmə nəzarətinin gücləndirilməsinə dədiqqət artırılmalıdır”.
Ombudsman bildirib ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində müxtəlif vaxtlarda törətdikləri sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayət əməllərinə görə müəyyən edilərək saxlanılan, məhkəmə qərarı əsasında barələrində həbs qətimkan tədbiri seçilmiş erməniəsilli təqsirləndirilən şəxslər də saxlanıldıqları müəssisələrdə qəbul edilib:
“Onların saxlanma şəraiti, rəftar, tibbi xidmətin təmini məsələləri, müraciətləri araşdırılmış, öz dillərində hüquqlarının əks olunduğu materiallar təqdim olunmuş, eyni zamanda ailə üzvləri ilə telefon danışığı hüquqları təmin edilib. Azərbaycanda həyata keçirilən humanizm siyasətinin məntiqi davamı olaraq “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” ölkəPrezidentinin müvafiq Sərəncamı məhkumlar və onların ailə üzvləri tərəfindən böyük sevinclə qarşılanıb. Qeyd etmək istərdim ki, Ombudsmanın fəaliyyəti dövründə onun vəsatəti ilə ümumilikdə 864, 2023-cü ildə isə 59 məhkum əfv edilib. Ölkəmizə qarşı yönələn qərəzli çağırışlara qarşı Ombudsman tərəfindən dərhal reaksiyalar verilib, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlər və beynəlxalq hüququn pozulması faktlarını özündə ehtiva edən ümumilkdə 18, 2023-cü ildə isə 3 geniş hesabat hazırlanaraq beynəlxalq təşkilatların diqqətinə təqdim olunub”.
Səbinə Əliyeva əlavə edib ki, itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi məsələsi beynəlxalq tədbirlər və xarici səfərlərdə də Ombudsman tərəfindən mütəmadi olaraq qaldırılıb:
“Ermənistanın mina terrorunun işğaldan azad edilmiş müxtəlif rayonlarımızda çoxsaylı insan tələfatına səbəb olması, quruculuq işlərinin aparılmasına və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına maneə yaratması ilə bağlı mütəmadi olaraq Ombudsman tərəfindən müraciətlər yayımlanmış, eyni zamandadəqiq mina xəritələrinin ölkəmizə dərhaltəhvil verilməsi məqsədilə beynəlxalq qurumlar tərəfindən Ermənistan hakimiyyətinə təsir göstərilməsi tələbi iləçağırışlar edilib. Ombudsman tərəfindən davamlı olaraq beynəlxalq təşkilatların diqqətinə çatdırılan növbəti önəmli məsələ Ermənistanın işğalından azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlarda azərbaycanlılara məxsus insan qalıqlarının qeyri-insani şəkildə basdırılması və onlara işgəncə verilərək qətlə yetirilməsi kimi hallarla, həmçinin Ermənistanın soyqırımı siyasətini təsdiqləyən faktlarla bağlı olub. Ombudsman mütəmadi olaraq qanunvericiliyin təhlili və təkmilləşdirilməsi, o cümlədən müvafiq normativ-hüquqi aktların layihələrinin hazırlanması prosesində yaxından iştirak etmiş, rəy və təkliflər vermişdir. Bu prosesdə vətəndaş cəmiyyəti institutları ilə fəal əməkdaşlıq edilmiş, zəruri fikir mübadilələri aparılıb. İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəliliyin artırılması məqsədilə Ombudsman tərəfindən səlahiyyətli dövlət qurumlarına təqdim edilmiş, eyni zamanda illik məruzələrdə öz əksini tapmış təklif və tövsiyələrə diqqət artırılmalı, Ombudsman haqqında Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada göndərilən sorğu və yoxlama tapşırıqlarına nəzarət gücləndirilməlidir. Əminəm ki, vətəndaşların, o cümlədən əhalinin həssas qruplarının hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi məqsədilə son illərdə aidiyyəti dövlət qurumlarına ünvanladığımız, habelə illik məruzələrdə öz əksini tapmış, o cümlədən 2023-cü ildə 76 təklif və tövsiyə ölkəmizin iqtisadi durumu və maliyyə imkanları nəzərə alınmaqla tədricən öz həllini tapacaqdır ki, bu da insanların rifah halının daha səmərəli təmin olunmasına imkan verəcək”.
Tehsil-press.az