Avropada yeni türk dövləti yaranır? – Ankaradan kömək istədilər

Avropada yeni türk dövləti yaranır? – Ankaradan kömək istədilər Qaqauziya Muxtariyyəti ümid edir ki, Türkiyə Moldova hakimiyyətinə təsir göstərəcək və regionun hüquqi statusunun pozulmasına imkan verməyəcək.

Bunu Qaqauziyanın qubernatoru Yevgeniya Qutsul deyib.

“Keçən ilin sentyabrında Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşdə Moldova prezidenti və hakim partiyasının qaqauz xalqına qarşı ayrı-seçkilik siyasətini bildirmişdim. Ümid edirik ki, rəsmi Ankara Moldova hakimiyyətinə təsir edəcək və bizim xüsusi hüquqi statusumuzun pozulmasına imkan verməyəcək”, - bölgənin rəhbəri vurğulayıb.

Qutsul bundan əvvəl də Türkiyəyə müraciət edərək Kişinyovu Qaqauziyanın muxtariyyəti ilə bağlı sabitliyi pozmaq cəhdləri və manipulyasiyalarından çəkindirməyə çağırıb.

Ötən il Qaqauziyada seçkilər keçirilib, “Şor” Partiyasının namizədi Yevgeniya Qutsul qalib gəlib. Moldova hakimiyyəti ötən ilin iyununda partiyanı Rusiya ilə əməkdaşlıqda ittiham edib.

Partiya Qaqauziyanın müstəqilliyi ideyasının müdafiəçisidir.

Tehsil-press.az

Oxşar xəbərlər