Rusiya rəsmən bəyan etdi: bu ölkələri vuracağıq

Rusiya rəsmən bəyan etdi: bu ölkələri vuracağıq Rusiya Xarici İşlər Nazirliyi NATO ilə birbaşa münaqişə vəziyyətində Şimali Avropadakı nüvə obyektlərinin qanuni hədəflər olacağını bildirib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

“Əgər ABŞ nüvə silahı Avropanın şimalında peyda olarsa, bu silahları alan dövlətlərin təhlükəsizliyi nəinki möhkəmlənməyəcək, əksinə, açıq şəkildə zərər görəcək”, - Zaxarova qeyd edib.

Onun sözlərinə görə, qitənin digər ölkələri bunu nəzərə almağa məcbur olacaq.

“Anlamaq üçün hərbi strateq olmaq lazım deyil: bu cür obyektlər birbaşa təhlükə mənbəyi olacaq və təbii ki, NATO-nun ölkəmizlə birbaşa hərbi toqquşma ssenarisi ilə müəyyən edilmiş qanuni hədəflər siyahısına daxil ediləcək.”, - XİN sözçüsü vurğulayıb.

O, əlavə edib ki, Moskva başa düşür ki, Birləşmiş Ştatlar və onun peykləri məhz buna doğru irəliləyir.

2023-cü ilin oktyabrında Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirmişdi ki, NATO-nun hərbi bazaları və zərbə silahları alyansa daxil olduqdan sonra Finlandiya və İsveç ərazisində peyda ola bilər.

Tehsil-press.az

Oxşar xəbərlər