Azərbaycana yarım milyon pul gətirən aeroportda saxlanıldı

Azərbaycana yarım milyon pul gətirən aeroportda saxlanıldı Tümen-Bakı reysi ilə uçan sərnişinin əl yükündən Tümen gömrükçüləri tərəfindən 13 min ABŞ dolları və 570 mindən çox bəyan edilməmiş rubl aşkar edilib.

Tehsil-press.az Rusiya mediasına istinadla bildirir ki, kişi baqajı ilə yaşıl dəhlizdən keçib və bununla da qaydaları pozub. Bu barədə Tümen gömrük idarəsinin mətbuat xidməti məlumat yayıb.

Sərnişinin digər ölkələrə apara biləcəyi məbləğ 10 min ABŞ dollarından çox olmamalıdır. Ancaq əlavə üç min dollar və bütün rubllar qayda pozuntusu olub.

Tehsil-press.az

Oxşar xəbərlər