Daha iki ölkənin Ukraynaya ərazi iddiası var

Daha iki ölkənin Ukraynaya ərazi iddiası var Ukraynanın rumın və macar əhalisinin yaşadığı bölgələr respublikadan ayrılmaq üçün referendum keçirə bilər.

Bunu ABŞ kəşfiyyatının keçmiş zabiti Skot Ritter bildirib.

"Ukraynada etnik qruplar, Rumıniyanın və Macarıstanın ərazi iddiaları var. Belə olan halda mən referendumu mümkün hesab edirəm", - Ritter deyib.

Ekspert qeyd edib ki, bu sahələrdə söhbət xalqların öz müqəddəratını təyin etmək hüququndan gedir. Onun sözlərinə görə, macarlar və rumınlar Ukraynanın bir hissəsi kimi yaşamaq istəmirlər və bu ərazilərin Budapeşt və Buxarestin nəzarətində olmasını istəyirlər.

Tehsil-press.az

Oxşar xəbərlər