Macarıstan hələ də Ukraynanın Aİ-yə qəbulu üzrə danışıqların əleyhinədir

Macarıstan hələ də Ukraynanın Aİ-yə qəbulu üzrə danışıqların əleyhinədir Budapeşt Ukraynanın gələcəkdə Avropa İttifaqına (Aİ) qəbul edilməsi ilə bağlı fikrin səhv olduğunu israr etməkdə davam edir.
Macarıstanın hökumət başçısı Viktor Orban növbəti dəfə Brüsselə səhv etməyə və Kiyevlə danışıqlara başlamağa imkan verməyəcəyini bəyan edib.
Onun fikrincə, Ukrayna quruma daxil olmaqla bağlı danışıqlara başlamağa hazır vəziyyətdə deyil. Baş nazir Aİ-nin planlarının yalnız qısamüddətli mülahizələrə əsaslandığını bildirib.
“Avropa İttifaqı dəhşətli səhvə yol verməyin astanasındadır, onu dayandırmaq lazımdır. Hətta 26 üzv-dövlət buna imkan versələr belə, biz yenə də bu qərarın əleyhinə olacağıq” – deyə o bildirib.
V.Orban Ukrayna ilə sərhəddə Slovakiya və Polşa yük maşınlarının etiraz aksiyalarının Aİ-nin uzaqgörən olmamasının nəticəsi olduğunu deyib. O, həmçinin bildirib ki, Ukraynanın quruma qoşulmasının üzv ölkələrin kənd təsərrüfatı üçün nəticələrinin nədən ibarət olacağı hələ hesablanmayıb.
Bir müddət əvvəl Budapeşt Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar barədə qərarın ən azı 2024-cü ilin iyun ayına qədər təxirə salınmasına çağırış edib. Macarıstan siyasətçiləri hesab edirlər ki, qərar gələn ilin iyununda Avropa Parlamentinə keçiriləcək seçkilərə qədər yubadılmalıdır.

Tehsil-press.az


Oxşar xəbərlər