Türkiyədə keçirilən idman yarışında İran təmsilçisi ilə Türkiyə təmsilçisi arasında keçirilən qarşılaşma əlbəyaxa davaya çevrilib.
Bu barədə idman mediası məlumat yayıb.
Məlumata görə, Türkiyədə keçirilən güləş üzrə “Vahbi Emre” turnirinin yarımfinal görüşündə (77 kq çəki dərəcəsində) iranlı Məhəmmədrza Muxtari ilə türkiyəli güləşçi qarşılaşıb.
Hadisə iranlı idmançının türkiyəli idmançıya qaydalara zidd zərbə endirməsindən və türkiyəli idmançının buna cavab verməsindən sonra baş verib. İdmançılar arasında əlbəyaxa dava düşüb, hər iki idmançı diskvalifikasiya edilib.
İran mediası hakimlərin türkiyəli idmançının xeyrinə qərar verdiyini iddia edərək, Məhəmmədrza Muxtarinin idman qaydalarına zidd hərəkətinə bəraət qazandırmağa çalışıb.
Bu, İran mediası, xüsusən bir neçə televiziya kanalında Türkiyəyə qarşı təbliğat bəhanəsinə çevrilib.
Tehsil-press.az