Dollar yaxın vaxtlarda UCUZLAŞACAQ, neft isə...

Dollar yaxın vaxtlarda UCUZLAŞACAQ, neft isə... Beynəlxalq birjalar ABŞ mərkəzi bankının (FED) 2024-cü ilin birinci yarısında faiz dərəcələrini endirəcəyini gözləyir.

Əgər faizlər enərsə bu, dolların ucuzlaşma ehtimalını da yaradacaq. Bu halda dünyada bir çox məhsulun qiymətində yüksəlmə baş verəcək.

Ötən həftə əmtəə qiymətlərində kəskin artımlar da bununla bağlıdır. FED-in ilin ilk yarısında faiz dərəcələrini endirəcəyi ilə bağlı gözləntilərin güclənməsi və Çində tələbin artdığını ortaya qoyan makroiqtisadi məlumatlar əmtəə bazarına müsbət təsir edib.

Əmtəə bazarlarında ən yüksək artımlardan biri qızılın qiymətində görünüb. Keçən həftə bir troya unsiya (31,1 qram) xalis qızılın qiyməti 2 min 195 dollarla rekord səviyyəyə çatıb. Həftə ərzində digər bank metallarından gümüş 4,9 faiz, platin 2,6 faiz və palladium 6,7 faiz bahalaşıb.

Bahalaşma mis qiymətlərində də müşahidə edilib. Mis 0,8 faiz, qurğuşun 3,4 faiz, nikel 2 faiz və sink 3,8 faiz bahalaşıb, alüminium isə sabit qalıb. Neftin qiyməti isə sabit məcrada qalıb. Dolların ucuzlaşacağı təqdirdə neftin dəyərinin bir qədər artacağı və ya indiki səviyyədə daha uzun müddət qalacağı təxmin edilir.

Tehsil-press.az

Oxşar xəbərlər