Paşinyan seçimini etdi – “Artıq Azərbaycan və Türkiyə ilə...”

Paşinyan seçimini etdi – “Artıq Azərbaycan və Türkiyə ilə...” Ermənistan avqustun 1-dək Rusiya sərhədçilərini İrəvandakı “Zvartnots” beynəlxalq hava limanından çıxarmağa çalışır.

Bunu rusiyalı politoloq Vadim Muxanov deyib.

“Artıq “Zvartnots”da Rusiya sərhədçilərinə ehtiyac olmadığı barədə İrəvandan verilən bəyanat kifayət qədər simvolikdir, izahat tələb edir. Mənə elə gəlir ki, bu, KTMT-də iştirakın dayandırılmasından daha vacib siqnaldır. Sərhədçilərlə bağlı müzakirələr göstərir ki, Ermənistan ikitərəfli münasibətlərin hazırkı səviyyəsini daha da pisləşdirə bilər ”, - ekspert bildirib.

Politoloq Andrey Areşev də söyləyib ki, İrəvan xarici siyasətinin mövcud arxitekturasına yenidən baxmağa çalışır. Onun sözlərinə görə, Ermənistan Qərbə sədaqətini göstərmək üçün taktiki məsələləri həll edir, İrəvanı Moskvadan uzaqlaşdıracaq addımlar atmağa cəhd göstərir.

“Paşinyanın komandasından geosiyasi vektoru dəyişdirmək üçün yeni cəhd görürük.

Ermənistanın regiondakı qonşuları ilə əlaqələrin qurulması istiqamətindəki ciddi səyləri də diqqət çəkir. İrəvanın hərəkətlərinin çoxu onun coğrafi mövqeyi ilə bağlıdır, Ermənistan Türkiyə və Azərbaycanın logistika və digər layihələrinə inteqrasiya etməyə çalışır”, - Areşev vurğulayıb.

Rusiyalı ekspertlərin fikrincə, İrəvanın bu və bir sıra digər addımları Ermənistanın NATO ilə yaxınlaşma ilə bağlı hipotetik planlarını da gündəmə gətirir.

Tehsil-press.az

Oxşar xəbərlər