Deputat: Yaxın vaxtlarda Ermənistan Rusiya tərəfindən çox ciddi təzyiqlərə məruz qala bilər

Deputat: Yaxın vaxtlarda Ermənistan Rusiya tərəfindən çox ciddi təzyiqlərə məruz qala bilər Yaxın vaxtlarda Ermənistan Rusiya tərəfindən çox ciddi təzyiqlərə məruz qala bilər.
E.Nəsirov qeyd edib ki, "inqilab"dan çıxmış bu dövlət öz ənənəsinə, yəni dilənmək və ianə toplamaq ənənəsinə həmişəkindən daha çox ehtiyac hiss edir:
"Buna görə də Hayastan ümumerməni fondunun 21-ci telemarafonunda da eyni hərəkətlərin şahidi oluruq. Faktiki olaraq Ermənistanın bugünkü hakimiyyəti bu dövlətlə bağlı olan istənilən tərəfdən, dünyadakı erməni lobbisi və diasporundan dilənir ki, ona dəstək olsunlar və düşdüyü ağır iqtisadi durumdan xilas etsinlər. Bu, hər kəsə bəlli məsələlərdir. Burada diqqətdən yayınmayan bir cəhət odur ki, Ermənistan rəhbərliyi artıq ona beynəlxalq aləmdə etimadın kifayət qədər zəiflədiyini çox gözəl dərk edir. Xüsusilə, Ermənistanın müttəfiqi olan Rusiya ilə də münasibətlərin indiki halda olduqca korlanması dediklərimizi təsdiqləyir. İstisna deyil ki, yaxın zamanlarda Rusiya Ermənistana ucuz satdığı qazın qiymətində də dəyişiklik edərək daha baha satsın".
Onun sözlərinə görə, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə yaxın olan "Stratfor" Analitik Mərkəzinin bu günlərdə yaydığı hesabatda qeyd olunurdu ki, Ermənistanın yeni rəhbərliyi Rusiya ilə münasibətlərin gərginləşməsinə nail ola bilib. Belə olan halda ABŞ bu gərginlikdən istifadə edərək onu Rusiyanın caynağından qoparmağa nail olmalıdır: "Bu onu göstərir ki, Ermənistan Rusiya ilə münasibətləri korlayaraq Birləşmiş Ştatlarla münasibət qurmaq istəyir. Bu prosesi rəsmi Moskva izləyir, yaxın vaxtlarda Ermənistanın Rusiya tərəfindən çox ciddi təzyiqlərə məruz qalacağı proqnozlaşdırıla bilər".

Tehsil-press.az

Oxşar xəbərlər