Ermənistanın paytaxtı İrəvanın “Azadlıq” meydanında mart ayının 20-si böyük mitinqin keçirilməsi planlaşdırılır.
Mitinqin keçmiş qondarma rejimin ləğvindən sonra Ermənistana köçən ermənilər tərəfindən təşkil olunacağı bildirilir.
Artıq bir müddətdir Qarabağdan köçən ermənilərin Ermənistanda xoş qarşılanmadığı, onların sosial ehtiyaclarının təmin edilmədiyinə dair narazılıqlar var. Ermənistanın siyasi həyatında aktivləşməyə çalışan separatçıların hökumət tərəfindən təhlükə mənbəyi kimi görüldüyü deyilir.
Məlumata görə, artıq separatçılarla İrəvan hakimiyyəti arasında ciddi qarşıdurmalar var. Qərbyönümlü hakimiyyətdən fərqli olaraq, Qarabağdan köçən separatçıların Kremlin dəstəyi ilə İrəvana qarşı təbliğata başladığı qeyd olunur.
Martın 20-də keçiriləcək mitinqin Qarabağ məsələsinin siyasi və hərbi tərəfinə deyil, oradan köçən ermənilərin hüququ və sosial rifahının təmin edilməsi üçün təşkil olunduğu açıqlanıb. Lakin bunun hakimiyyət dairələrində açıq təxribat olaraq qəbul edildiyi bildirilir.
Bəzi ekspertlər isə Nikol Paşinyanın Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışdığı bir zamanda bunu Moskvanın İrəvana reaksiyası olaraq dəyərləndirilər. Eyni zamanda martın 20-də baş tutacaq mitinqin hazırkı hakimiyyətin dəyişməsi, Nikol Paşinyanın vəzifədən uzaqlaşdırılması planının başlanğıcı olduğuna dair iddialar var.
Tehsil-press.az