Son qərar verildi - MDB-dən çıxırlar

Son qərar verildi - MDB-dən çıxırlar Oktyabrda Moldovada Avropa Birliyinə (AB) üzvlüklə bağlı referendum keçiriləcək.

Bu barədə ölkə Prezidenti Maya Sandu məlumat verib.

Prezident Moldova parlamentindən məsələ ilə əlaqədar lazımi hazırlığa başlamağı xahiş edib.

“Moldova vətəndaşlarının əksəriyyəti üçün AB sülh və firavanlıq layihəsidir, Rusiya isə ölkəmizdə vəziyyəti, sabitliyi pozmağa çalışır. Rusiya tərəfdən hücum və təxribatların qarşısını almağın lazım olduğu bəllidir, amma mən vətəndaşları sülhü təmin edə biləcək yeganə variant olaraq AB üçün referendumu dəstəkləməyə çağırıram”, - Sandu bildirib.

Parlel olaraq, Moldova ilin sonunadək Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmağı planlaşdırır. Rəsmi Kişinyov artıq MDB ilə imzalanmış bir sıra müqavilələri ləğv edib. Həmçinin Moldova hökuməti Rusiyanı işğal edilmiş Dnestryanı bölgə və Qaqauziyada sabitliyi pozmaqda, ölkəni qarşıdurmaya səbəb ola biləcək təxribata çəkməkdə günahlandırır.

Tehsil-press.az

Oxşar xəbərlər