1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı Dələduzluqda təqsirləndirilən "MİR" avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb.

1974-cü il təvəllüdlü iş adamı ötən ilin noyabr ayında 5 nəfər biznes ortağına qarşı 1,2 milyon manat dələduzluq etməkdə ittiham olunaraq 7 il həbs cəzası almışdı.

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı


Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından apellyasiya şikayəti verən iş adamı zərərçəkmiş şəxslərə dəyən zərəri müəyyən qədər ödədiyi üçün azadlığa buraxılıb.

Qeyd edək ki, Məhərrəm Əhmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib.

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı


Xatırladaq ki, 2022-ci ilin may ayında Məhərrəm Əhədovun oğlu, 1995-ci il təvəllüdlü Mirvəfayıl Əhədzadə yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. Mirvəfayılın da özünü külli miqdarda borca görə öldürdüyü deyilirdi.

Tehsil-press.az



Oxşar xəbərlər