21 ay sonra bəraət aldı

21 ay sonra bəraət aldı Külli miqdarda qanunsuz narkotik dövriyyəsində ittiham olunan Bəxtiyar Əliyevə bəraət verilib.

Müttəhim Əliyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

B.Əliyev sərbəst ifadəsində özünü təqsirli bilmədiyini, verilmiş ittihamla əlaqəsiz olduğunu deyib. Bütün şahid ifadələri dinləndikdən, dəlil və sübutlar tədqiq edildikdən sonra müttəhimin günahsız olduğu elan olunub.

Əli Məmmədovun sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə Bəxtiyar Əliyevə təqsiri sübuta yetirilməməsi əsası ilə bəraət verilib. O, 21 ay sonra məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Həmçinin ona maddi və mənəvi ziyana görə təzminat iddiası qaldırmaq hüququ izah edilib.

Qeyd edək ki, B.Əliyev 2022-ci ilin iyununda Suraxanı rayonunun Əmircan qəsəbəsində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda qanunsuz narkotik dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb.

Tehsil-press.az

Oxşar xəbərlər