UNEC-də yüksək vəzifəyə təyinat

UNEC-də yüksək vəzifəyə təyinat Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Dekanlar Şurasına yeni sədr təyin olunub.

Universitetdən bildirlib ki, aprelin 5-də Dekanlar Şurasının növbəti iclası keçirilib.

Tələbə təşkilatlarının rəhbələrinin də təmsil olunduğu iclasda ara qiymətləndirmə imtahanlarının təşkilinin vəziyyəti, dekanların fəaliyyətinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Müzakirələrdən sonra səlahiyyət müddəti bitmiş Dekanlar Şurasının ilk sədri, Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib.

Rotasiya əsasında yeni sədrlik İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Elçin Eyvazova həvalə olunub.

Qeyd edək ki, UNEC Dekanlar Şurası dekanları vahid mərkəzdə birləşdirərək, fakültələrdəki yenilikləri bölüşmək və problemlərin müzakirəsini təşkil etmək məqsədilə yaradılıb.

Tehsil-press.az

Oxşar xəbərlər