UNEC tələbələri Təhsil Tələbə Krediti Fondu barədə məlumatlandırılıb

UNEC tələbələri Təhsil Tələbə Krediti Fondu barədə məlumatlandırılıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri ilə Təhsil Tələbə Krediti Fondunun (TTKF) əməkdaşı Ağca Məmmədovanın görüşü keçirilib.
Görüşdə Maliyyə və Mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev TTKF-in tələbələr üçün yaratdığı imkanlardan bəhs edib. O qeyd edib ki, fondun fəaliyyətinin əsas məqsədi təhsilin əhatə dairəsini genişləndirmək və keyfiyyətini yüksəltməkdən ibarətdir.
Fondun əməkdaşı Ağca Məmmədova geniş təqdimatla çıxış edərək, tələbələri fondun yaradılması, fəaliyyəti, fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları, kreditin məbləği və qaytarılma müddəti, nəzərdə tutulan güzəştlər və s. barədə ətraflı məlumatlandırıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər